Yuxarı
    Bağlamaq

    ​Qusarlı gənclərin I intellektual bilik yarışı keçirilib

    Yarışın məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq olub

    Bakı. 4 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Şimal regional ofisi Qusar rayonunda gənclərin I intellektual bilik yarışını keçirib. 

    GTM-dən "Report"a verilən məlumata görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək olub.

    Qusar rayon Gənclər və İdman İdarəsində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şimal regional ofisinin rəhbəri İnqilab Fərzəliyev ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. O bildirib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

    Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılıb və rayonda fəaliyyət göstərən "Xəmsə" kurslarına güzəşt əldə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi