Yuxarı
    Bağlamaq

    Qurban Yetirmişli: "Şəkidəki zəlzələdən sonra yer qatında baş verən dəyişikliklər öyrənilir"

    1998-ci ildə Lerikdə baş verən zəlzələdən sonra su problemi hələ də davam edir

    Bakı. 7 sentyabr. REPORT.AZ/ "1998-ci ildə Lerikdə baş verən zəlzələdən sonra su problemi hələ də davam edir. Çaylarda və ya su olmayan yerlərdən bulaqlar çıxır. Ona görə də zəlzələdən sonra müəyyən dəyişmələrin olması gözləniləndir". "Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sentyabrın 7-də keçirdiyi mətbuat konfransında deyib.

    Mərkəz direktoru bildirib ki, Şəkidə baş verən zəlzələ nəticəsində yaranacaq dəyişikliklər GPS-lərlə müəyyən olunur: "Hazırda baş verən dəyişikliklərin qeydə alınması istiqamətində işlər görülür. Bir neçə gündən sonra yekun hesabat açıqlanacaq".

    O qeyd edib ki, dağıdıcı zəlzələ 8 baldan yuxarı olan təkanlara şamil edilir: "Orta güclü zəlzələ isə 7 baldan başlayır. 9-10 ballıq zəlzələ isə dağıdıcıdır. 12 ballıq zəlzələ isə hər şeyin sonudur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi