Yuxarı
    Bağlamaq

    Qurban Yetirmişli: “Regionlarda Seysmoloji Xidmət Mərkəzinin cihazlarından istifadə edə biləcək mütəxəssislər yoxdur”

    “Naxçıvanda Seysmoloji Xidmət Mərkəzinin filialı açılacaq”

    Bakı. 26 iyul. REPORT.AZ/ “Regionlarda Seysmoloji Xidmət Mərkəzinin cihazlarından istifadə edə biləcək mütəxəssislər yoxdur”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

    O bildirib ki, regionlarda quraşdırılan stansiyaların məlumatları birbaşa Bakıya, yəni mərkəzə ötürülür: “Regionlarda olan işçilər seysmik stansiyalardakı cihazların texniki vəziyyətinə, temperatur rejiminə və digər məsələlərə nəzarət edir. Bu səbəbdən də biz regionlarda mütəxəssis yetişdirməyin vacibliyini düşünürük”.

    Baş direktorun sözlərinə görə, RSXM-in Naxçıvanda Məlumat Mərkəzi yaradılacaq: “Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində Muxtar Respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu mərkəz Seysmoloji Xidmət Mərkəzinin Naxçıvan filialı kimi fəaliyyət göstərəcək. Bu o demək deyil ki, orada yeni stansiyalar yaradılır. Sadəcə yeni proqram əsasında cihazlar təzələnir. Biz Naxçıvan Elmlər Akademiyasının Seysmologiya şöbəsində olan mütəxəssislərin də zəlzələlərin emalı ilə məşğul olmasına çalışırıq. Orada kadr hazırlığı üçün işlər aparılmalıdır və artıq bizim əməkdaşlar Naxçıvan Elmlər Akademiyasının bir nəfər işçisinə 10 günlük təlim keçib”.

    Q.Yetirmişli qeyd edib ki, bundan sonra Naxçıvanda olan stansiyaların yazdığı məlumatlar RSXM-in orada olan mərkəzinə də ötürüləcək: “Həmin məlumatlardan Naxçıvan Elmlər Akademiyasındakı mütəxəssislər də istifadə edə biləcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi