Qurban Yetirmişli: “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”

Qurban Yetirmişli: “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur” Bakı. 11 iyun. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”.
Elm və təhsil
11 İyun , 2018 12:53
Qurban Yetirmişli: “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisinda güclü seysmik aktiv zona yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, Zaqatala rayonunda zəlzələ bölgəsində son iki gündə heç bir aktivlik qeydə alınmayıb: “Zaqatalada qeydə alınan 6 ballıq zəlzələdən sonra ərazidə 100-dən çox avterşok baş verib”.

Q.Yetirmişli qeyd edib ki, son günlər ölkənin digər bölgələrində fon səviyyəsində olan zəif təkanlar qeydə alınıb: “Ölkə ərazisində zəif, hiss olunmayan yeraltı təkanlar hər gün olur və bu normal haldır. Zəif təkanlar qorxulu deyil və onlar insanlar tərəfindən hiss olunmur”.

Son xəbərlər

Orphus sistemi