Yuxarı

Qulu Məhərrəmlinin yerinə təyinat olub - FOTO

Sevinc Əliyeva şöbədə aparıcı elmi işçidir

Bakı. 10 iyun. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müdir əvəzi təyin edilib.

Dilçilik İnstitutundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şöbədə müdir vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva icra edəcək.

S.Əliyeva indiyədək şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, 15 il institutun Gənc Alimlər Şurasının sədri olub.

Yaxın vaxtlarda şöbəyə müdir təyinatı ilə bağlı müsabiqə keçiriləcək.

Xatırladaq ki, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli idi. O, iyunun 6-da ərizəsi ilə institutdan ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi