Qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyənlərlə bağlı açıqlama

Qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyənlərlə bağlı açıqlama Bu il məzun olan şagirdlərin hamısı attestat alacaq. Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabr ayında imtahan verəcək.
Elm və təhsil
20 İyun , 2020 13:08
Qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyənlərlə bağlı açıqlama

Bu il məzun olan şagirdlərin hamısı attestat alacaq. Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabr ayında imtahan verəcək.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyən, lakin ali məktəblərə qəbul olmaq istəyənlərin məsələsinə baxılacaq:

“Baxacağıq, əgər onlar xəstə deyilsə və səhhəti ətrafda olanlara problem yaratmırsa, çalışacağıq ki, axırıncı imtahanlara daxil edək. Onları yaşadığı yerdə imtahana dəvət edəcəyik. Biz bilmirik axırıncı imtahanlar coğrafi cəhətdən hansı bölgələrdə baş tutacaq”.

Son xəbərlər

Orphus sistemi