Yuxarı
    Bağlamaq

    Şəkidə qış məktəbinin iştirakçıları Kiş-Alban məbədi ilə tanış olub

    Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar

    Bakı. 14 fevral. REPORT.AZ/ “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetində bu fənni keçən Roza Şəfiyeva “Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi” mövzusunda mühazirə oxuyub.

    İrina KuninaBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında geniş məlumat əldə etmək imkanı olduğunu qeyd edib: “Bu fənn ölkəmizin 40, dünyanın 15 nüfuzlu universitetində tədris edilir".

    Mühazirədə Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Portuqaliya və Polşadan olan tələbələrin Azərbaycan multikulturalizmi modeli ilə bağlı sualları cavablandırılıb.

    Qış məktəbinin iştirakçıları tədris vaxtından sonra yerli gənclərlə birgə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi hesab olunan, nəinki Qafqazın , eləcə də bütün xristian aləminin ən qədim kilsələrindən sayılan Kişdəki Alban məbədini ziyarət ediblər. Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar.

    Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə -Xan sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub. Ekskursiya zamanı Şəkinin tarixi tikililəri, Azərbaycan mədəniyyəti incilərindən sayılan şəbəkə memarlığı nümunələri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, Şəki ipəyindən hazırlanmış əl işləri, eləcə də ləziz Şəki mətbəxi tələbələrdə böyük maraq doğurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi