“Azərbaycanın Qırmızı Kitabı”nın redaksiya heyətinin yeni tərkibi təsdiqlənib

“Azərbaycanın Qırmızı Kitabı”nın redaksiya heyətinin yeni tərkibi təsdiqlənib “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiq edilib.
Elm və təhsil
15 Yanvar , 2020 12:58
“Azərbaycanın Qırmızı Kitabı”nın redaksiya heyətinin yeni tərkibi təsdiqlənib
AMEA / Report

“Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiq edilib. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. 

Bildirilib ki, AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiqlənib. Ötən müddət ərzində AMEA Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin baş verməsi redaksiya heyətinin tərkibinin də yenilənməsinə zərurət yaradıb.

Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətinə əsasən, nəşrin III cildinin hazırlanması, bu işin icrasında AMEA-nın üzərinə düşən elmi-təşkilati, texniki və s. məsələlərin vaxtında və səmərəli həll edilməsi məqsədilə kitabın AMEA üzrə redaksiya heyətinin yeni tərkibi təsdiq edilib.

Yenilənmiş redaksiya heyəti tərəfindən “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi