Yuxarı

QHT nümayəndələri ADU-da imtahan prosesini izləyiblər

​ADU-da qış imtahan sessiyası davam edir

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyası ilə bağlı QHT üzvləri və tələbələrin valideynləri, o cümlədən ictimai təşkilat nümayəndələri imtahanların gedişini izləyiblər. "Report" xəbər verir ki, bu barədə ADU İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı məlumatda bildirilir.

İzləmə prosesində ADU-nun Operativ Qərargahının rəhbəri, Kurrikulum və Keyfiyyətə nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova, qərargah üzvü, ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Pedaqoji (ingilis dili və alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov, İctimaiyyətlə Əlaqələr Departamentinin müdir əvəzi Şəfaqət Kazımova və universitetin digər işçiləri iştirak edib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev imtahan prosesində qayda pozuntusu yarandığı halda onlara müraciət etməyin zəruriliyini vurğulayıb.

İmtahan sualları ilə maraqlanan Əliməmməd Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini deyib.

Qeyd edək ki, imtahanların gedişi izləndikdən sonra QHT nümayəndələri Pedaqoji (ingilis dili və alman dili) və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrində imtahan yazı yoxlama otaqlarına baxış keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi