Qərb Universitetinin yaranmasından 25 il ötür

Qərb Universitetinin yaranmasından 25 il ötür Ali təhsil müəssisəsinin məzunlarının 37 faizi dövlət, 47 faizi özəl, 16 faizi isə beynəlxalq şirkətlərdə çalışır
Elm və təhsil
4 Noyabr , 2016 17:27
Qərb Universitetinin yaranmasından 25 il ötür

Bakı. 4 noyabr. REPORT.AZ/ Qərb Universitetinin yaranmasından 25 il ötür.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, hazırda universitetdə yüzdən çox müəllim çalışır və 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir.

Qərb Universiteti beynəlxalq əlaqələrinə xüsusi önəm verdiyindən 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür. Ali təhsil müəssisəsi gəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda iqitsadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər hazırlayıb.

Universitetin məzunları təkcə siyasətçi, diplomat, alim deyil, həm də novator, lider kimi tanınır. Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun icraçı direktoru, Fariz İsmayılzadə - "ADA" Universitetinin Xarici siyasət proqramının direktoru, eyni zamanda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü, Nərgiz Qurbanova - Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri, Saida İbrahimova - BP-nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi, eyni zamanda Hyustonda Azərbaycan diasporunun aktiv üzvü, Vüqar Əliyev - Monteneqronun Azərbaycandakı fəxri konsulu, Nərgiz Nəsrullayeva - Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru, Fuad Kərimov - AZAL-ın Vaşinqtondakı nümayəndəliyinin direktoru, Kamran Kəlpəliyev - AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri, Fərid Cəfərov - “Microsoft” şirkətinin baş meneceri, Liya Bayramova - Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.

Ali təhsil müəssisəsi sağlam mühitdə yüksək səviyyəli təhsil verməklə bərabər, həm də tələbələrinin sonrakı karyerası ilə də məşğuldur. 1998-ci ildən Qərb Universitetində “Karyera İnkişaf Mərkəzi” fəaliyyət göstərir.

Qərb Universitetinin “Karyera İnkişaf Mərkəzi””nin son hesabatına görə, 2011-2015-ci illərdə ali təhsil müəssisəsinin məzunlarının 49 faizi universiteti bitirdikdən sonra işə düzəlib. 4 faizi hərbi xidmətdədir, 19 faizi magistratura təhsili alır, 9 faizi xaricdə, Avropa və ABŞ-ın tanınmış tədris mərkəzlərində oxuyur, 3 faizi xaricdə təhsil almaq üçün xarici universitetlərdən cavab gözləyir. Ümumiyyətlə, 84 faizlik nəticə əldə olunub. Digərlərinin böyük əksəriyyəti isə özəl sektorda mövqe tutur, ailə biznesini idarə edir.

Hesabatda qeyd olunur ki, məzunların 37 faizi dövlət, 47 faizi özəl, 16 faizi isə beynəlxalq müəssisələrdə çalışır. Dövlət təşkilatları sırasında Xarici İşlər, İqtisadiyyat, Təhsil, Səhiyyə, Nəqliyyat, Fövqəladə Hallar, Daxili İşlər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, səfirliklər, dövlət agentlikləri, özəl təşkilatlar sırasında isə AZAL, banklar, mobil operatorlar və sığorta şirkətləri üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi