Yuxarı

Qaradağda internat məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov da iştirak edib

Bakı. 29 fevral. REPORT.AZ/ Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbin pedaqoji kollektivi iştirak edib.

Qonaqlar öncə inernat məktəbdə görülən işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris–təsərrüfat otaqları var.

Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin, internat məktəbi dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb.

Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedoqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi