Qarabağ bölgəsində gənclər üçün peşə dərsləri keçirilir

Qarabağ bölgəsində gənclər üçün peşə dərsləri keçirilir Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin tikiş, toxuculuq, qadın bərbəri və komputer kursundan ümumilikdə 56 nəfər ödənişsiz faydalanacaq
Elm və təhsil
19 Avqust , 2016 14:49
Qarabağ bölgəsində gənclər üçün peşə dərsləri keçirilir

Bakı. 19 avqust. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisi Füzuli rayonunda “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti”nin bu il üzrə peşə təlimlərinə başlayıb. 

Bu barədə "Report" mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, prezidentin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasını əsas tutaraq mərkəz xüsusilə Qarabağ bölgəsində peşə təhsilinin kütləviliyini təmin etmək, ölkənin iqtisadi rifahı naminə insan resurslarından daha effektli faydalanmasına şərait yaratmaq məqsədilə gənclər üçün təmənnasız peşə kurslarına başlayıb.

Peşə kursları özlüyündə həmin bölgənin mövcud imkanları və iqtisadi təlabatı ilə uzlaşdırılaraq gənclərin sosial, iqtisadi imkanlarının artırılmasına təsir göstərəcək.

Xidmətin cari il tədris mərhələsində tikiş, toxuculuq, qadın bərbəri və komputer kursundan ümumilikdə 56 nəfər həssas qrupdan olan qadınlar və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanacaq.

Qeyd edək ki, “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” proqramı çərçivəsində Füzuli rayon 3 saylı Qayıdış qəsəbə bələdiyyəsi ilə əməkdaşlıq ediləcək.

Son xəbərlər

Orphus sistemi