Yuxarı
    Bağlamaq

    Qara dəliyin ətrafında kainatın ən sürətli küləyi aşkar edilib

    Küləklərin sürəti saatda 200 milyon kilometrdən çoxdur

    Bakı. 23 mart. REPORT.AZ/ Qara dəliyin ətrafında kainatın ən sürətli küləyi aşkar edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bir qrup astrofizikin müşahidə etdiyi küləklərin sürəti saatda 200 milyon kilometrdən çoxdur.

    Halbuki bu günə qədər dünyada baş verən ən güclü qasırğaların sürəti saatda 300 kilometrə çatıb. Kəşf edilən küləklərin sürəti isə bunun təxminən 1 milyon qatı deməkdir.

    Astrofiziklər ABŞ-da yerləşən "Sloan Digital Sky Survey" teleskopu ilə bu küləyi müşahidə ediblər.

    Mütəxəssislərin yaydığı yazılı açıqlamada bildirilir ki, qara dəliklər günəşin kütləsindən bir neçə milyard dəfə böyük kütləyə malikdir: "Bu kütlə ona yaxınlaşan hər şeyi udur. Bu zaman ətrafda güclü küləklər yaranır. Yeni yaranan küləyin sürəti isə saatda təxminən 140 milyon km-dir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi