Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək Müsabiqədə iştirak etmək istəyən 490 nəfərin namizədliyi qeydə alınıb
Elm və təhsil
10 İyun , 2016 11:56
Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcək

Bakı. 10 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək

TQDK-dan “Report”a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 490 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan iyunun 12-də saat 14:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlanır.

Müsabiqədə iştirak edən namizədlər şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “İmtahana buraxılış vərəqəsi”ni və imtahanın keçirilməsi qaydalarını əks etdirən “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Test imtahanı 3 saat dаvаm edir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: ixtisаs üzrə 80 suаl hüququn müxtəlif sаhələrini əhаtə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа verilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi