Yuxarı

Professor: "Ali məktəblərdə nitq mədəniyyəti fənninin tədrisində çox ciddi problemlər mövcuddur"

© Report/ Firi Salim — Professor Buludxan Xəlilov

Bakı. 20 fevral. REPORT.AZ/ “Bu gün dilin tədrisində çox ciddi problemlər var. Çünki nitq mədəniyyəti fənni ali məktəblərdə standart şəkildə tədris olunmur”.

"Report" xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda deyib.

Professor qeyd edib ki, ali təhsil müəssisələrində nitq mədəniyyəti fənninin tədrisində çox ciddi problemlər mövcuddur: “Kim necə istəyirsə, elə də tədris edir. Mən bilmirəm ki, bu, kimlərin niyyətidir. Hesab edirəm ki, bununla bağlı Dilçilik İnstitutu tədbir görməlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi