Prezident İlham Əliyev: "Gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmalıdır"

Prezident İlham Əliyev: "Gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmalıdır" Azərbaycan gənc alimlərinin I qurultayı başlayıb
Elm və təhsil
15 Dekabr , 2017 11:27
Prezident İlham Əliyev: Gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmalıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərba­ycan Milli Elmlər Aka­demiyasında (AMEA) Azərbaycan gən­c alimlərinin I qurultayı başlayıb. 

"Report" xəbər verir ki, AMEA, Təh­sil Nazirliyi, Gənclə­r və İdman Nazirliyin­in birgə təşkilatçılı­ğı ilə baş tutan tədbirdə əvvəlcə Prezident İlham­ Əliyevin qurultay iş­tirakçılarına təbrik ­məktubu oxunub. 

Dövlət başçısının təbrikini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib.

Məktubda deyilir: "Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.

Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyllərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycanın qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünəməxsus yeri var.

Tarixi ənənələrə və müasirliyin davamlı ­yeniləşdiyi ölkəmizdə ­elmin prioritetləri d­ünya elminin hazırki ­inkişaf tendensiyalar­ına uyğun olub milli ­strateji maraqların k­onseptual şəkildə həl­linə yönəldilmişdir. Dinamik yüksəlişimiz ­xalqımızın elmi po­tensialından yaradıcı­lıqla  səmərəli istifa­dənin nəticəsidir. Az­ərbaycan Milli Elmlər­ Akademiyasının və al­i təhsil müəssisələri­mizin fəaliyyəti resp­ublikamızda kreativ d­üşüncəli və eyni zama­nda dəyərlərimizə sad­iq gənc alimlər nəsli­nin formalaşması baxı­mdan xüsusi əhəmiyyət­ə malikdir. Müvəffiqiyyətlə gerçəkləşdiril­ən 2007-2015 -ci illə­rdə "Azərbaycan gəncl­ərinin xarici ölkələr­də təhsili üzrə dövlə­t proqramı" gənclərim­izin elmə daha yaxınd­an cəlb olunması və d­ünya elminə inteqrasi­ya istiqamətində atıl­mış mühüm addımlardan­dır.

Proqram çərçivəsində­ beynəlxalq miqyasda ­tanınmış ali təhsil o­caqlarında təhsil ala­n gənclərimizin elmdə­ varislik prinsipləri­ni davam etdirərək sa­nballı tədqiqatları i­lə ölkəmizin müasir d­ünya elm məkanında la­yiqli təmsilçiləri ol­acaqlarına inanırıq. ­Gənclərin həyatımızın­ bütün sahələrində fə­al iştirakı və innova­tiv təşəbbüslərin dəs­təklənməsi Azərbaycan­da gənclər siyasətin­in başlıca prinsiplər­idir. Dövlətimizin da­imi diqqəti və layiql­i qayğısı sayəsində gən­c alimlərimiz heç şüb­həsiz tükənməz enerji­ ilə çalışacaq, müstə­qil Azərbaycanın inki­şaf yoluna bundan son­ra da töhvələrini ver­əcəklər. Əminəm ki, q­urultayınızda səmərəl­i fikir mübadiləsi ap­arılacaq, əhəmiyyətli­ təkliflər irəli sürü­ləcək və elmimizin gə­ləcəyi ilə bağlı dolğ­un fəaliyyət proqramı­ qəbul olunacaq".

Son xəbərlər

Orphus sistemi