Yuxarı
    Bağlamaq

    Polis Akademiyası doktoranturalar yaradan ali təhsil müəssisələrinin siyahısına əlavə edilib

    Bakı. 13 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişikliklər edib.

    "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

    Qərara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası siyahıya əlavə edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə” bölməsindən sonra "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə” bölməsi əlavə edilib.

    Qərara əsasən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə” bölməsinin 2-ci hissəsi ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi