“Pətək” İB “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərini mükafatlandırıb

“Pətək” İB “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərini mükafatlandırıb "Gələn il bu ideyalar əsasında bir çox layihələr həyata keçiriləcək"
Elm və təhsil
24 May , 2017 16:58
“Pətək” İB “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərini mükafatlandırıb
Report.az

Bakı. 24 may. REPORT.AZ/ Təhsil Nazirliyinin dəstəyi, TİKA və “Pətək” İctimai Birliyinin (İB) birgə təşəbbüsü ilə Bakı şəhərinin 24 məktəbində həyata keçirilən “Sağlam qida, sağlam nəsil” layihəsində iştirak edən məktəblərin “Sağlam olaq” klubları arasında keçirilən “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən “Pətək” İB-nin sədri Sevinc Əsgərova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin ətrafda baş verənlərə diqqətini artırmaq, başqalarına qarşı qayğıkeşlik, fədakarlıq, təmənnasız yaxşılıq etməyi bacarmaq, bu xeyirli işlərə öz həmyaşıdlarını cəlb etmək, onlara vətənpərəvərlik, xeyriyyəçilik kimi hissləri aşılamaqdır.

O qeyd edib ki, bu qədər maraqlı ideyaların olacağı gözlənirmirdi: “Gələn il bu ideyalar əsasında bir çox layihələr həyata keçiriləcək”.

Tədbirdə o da qeyd olunub ki, müsabiqəyə “Ən kreativ faydalı olaq aksiyası” nominasiyası üzrə Bakı şəhərinin 13 orta məktəbi qoşulub.

Böyük həvəslə müsabiqəyə qatılan uşaqlar bir-birindən maraqlı və faydalı aksiyalar həyata keçiriblər. Aksiya zamanı uşaqlar ətrafda qayğıya ehtiyacı olanları aşkarlayıb yardım edib, talassemiya xəstələrinə qanvermə aksiyaları keçirib, uşaq evlərinə, ana və uşaq sığınacaqlarına baş çəkiblər.

Məktəblilər “Dərman paylama”, “ Tüpürməyə yox deyək”, “Təmizlik”, “Ağacəkmə”, “Kağıza qənaət”, “Müharibəyə yox!”, “Təbiəti qoruyaq”, “Faydalı olmaq hər kəsin borcudur”, “Kimsəsiz uşaqlara qulluq”, “Biz fərqli deyilik” “Qanvermə aksiyası” və s. adlı bir-birindən kreativ və faydalı aksiyalar həyata keçiriblər.

Müsabiqənin nəticələrinə əsasən, III yerə iki - 150 və 245 nömrəli məktəblər, II yerə Atatürk liseyi, I yerə isə 283 nömrəli məktəb layiq görülüb.

Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, TİKA, Bakı şəhər Təhsil İdarəsinin nümayəndələri, Türkiyənin Milli Eğitim Bakanlığı (Təhsil Nazirliyi) Azerbaycan Bakü Eğitim Müşavirliyinin nümayəndəsi, həmçinin məktəb direktorları iştirak edib.

Son xəbərlər

Orphus sistemi