Yuxarı

Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub - FOTO

Xanım Bequm Sahibaya Muzey tərəfindən nəşr olunan Muzeyin inciləri və H.Z.Tağıyevin kitab-albomu hədiyyə edilib

Bakı. 13 mart. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseynin xanımı Bequm Sahiba və onu müşayiət edən qonaqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Bu barədə "Report"a muzeydən məlumat verilib.

Qonaqları Muzeyin direktoru Nailə Vəlixanlı qarşılayaraq Muzeylə tanış edib. Onlara Azərbaycanın qədim və orta əsrlər tarixini özündə əks etdirən ekspozisiyada ekskursiya aparılıb. Qonaqlar Azərbaycan tarixinin, uzaq keçmişinin canlı, əyani sübutu olan eksponatlarla yaxından tanış olublar. Daha sonra Pakistan Respublikasının birinci xanımı Bequm Sahiba Hacı Zeynalabdin Tağıyevin xatirə albomu ilə tanış olub. O, muzeylə tanışlıqdan böyük məmnun olduğunu, bu möhtəşəm, əzəmətli binanın gözəlliyinə valeh olduğunu söyləyib. Sonda birinci xanım Bequm Sahibaya Muzey tərəfindən nəşr olunan "Muzeyin inciləri" və H.Z.Tağıyevin kitab-albomu hədiyyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi