Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı 2019-cu ildə hüquqi və fiziki şəxslərdən Əqli Mülkiyyət Agentliyinə 10 müraciət daxil olub.
“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, bir qismi isə aidiyyəti qurumlara göndərilib.