Orta məktəbin 55 illik yubileyi qeyd olunub

Orta məktəbin 55 illik yubileyi qeyd olunub Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva iştirak edib
Elm və təhsil
27 Dekabr , 2016 13:00
Orta məktəbin 55 illik yubileyi qeyd olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı şəhəri 158 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunan tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova məktəbin tarixinə nəzər salıb, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb. O, məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib.

Direktor məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər son illər respublikada aparılan təhsil islahatlarından söz açaraq, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 60-cı illərinin sonlarından başlayaraq təhsilə verdiyi töhfələr haqqında danışıblar. Bildirilib ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.

Tədris ocağının 55 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi