Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov “Təhsil haqqında” qanun ətrafında yaranan anlaşılmazlığa aydınlıq gətirib

    “Bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük”

    Bakı. 13 iyun. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    “Report”un xəbərinə görə, layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır.

    Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

    Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.

    Milli Məclisin sədri Oqtay Əsədov isə “Təhsil haqqında” qanunu ətrafında yaranan anlaşılmazğıa aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük. Baxın, bəla budur”.

    Qeyd edək ki, layihə səsverməyə qoyularaq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi