Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA

Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA İnsan ömrünün uzun olmasına təsir edən ən önəmli faktor var-dövlət, irq yox, təhsildir.
Elm və təhsil
24 Fevral , 2020 20:36
Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA
google.az

İnsan ömrünün uzun olmasına təsir edən ən önəmli faktor var-dövlət, irq yox, təhsildir.

“Report” xəbər verir ki, bu qənaətə 30 il araşdırmadan sonra ABŞ-ın Yel Universitetinin alimləri gəliblər.

Üzərilərində təcrübə aparılan 5 114 nəfərdən müşahidə müddəti ərzində 395-i dünyasını dəyişib. Ali təhsili olmayan şəxslərdə ölüm 13% təşkil edib. Kollec və ya universitet məzunları arasında isə ölüm sadəcə 5% olub.

Başlanğıcda alimlər ölümün irqlə əlaqəli olduğunu düşünüblər: ölənlərin 9%-i qaradərili, 6%-i isə ağdərili olub. Ancaq sonra dəri rəngi və təhsil məlumatları araşdırılaraq irq fərqlərinin elə də əhəmiyyətli olmadığı nəticəsinə gəlinib. Belə ki, qaradərili iştirakçıların 13,5, ağdərili iştirakçıların isə 13,2%-i ali təhsilsiz idi.

Alimlər araşdırmanın nəticəsinin höküməti təhsili daha əlçatan etməsi üçün təkan verəcəyinə ümid edirlər. 

Son xəbərlər

Orphus sistemi