Yuxarı

​Noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 8824 zəng daxil olub

Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 8 824 zəng daxil olub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qeyd olunan rəqəm 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur: "Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 597 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb".

Məlumatda, həmçinin qeyd olunub ki, daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi