Yuxarı
    Bağlamaq

    Novruz bayramında şagirdlər bir həftə dərsə getməyəcəklər

    Bakı. 6 mart. REPORT.AZ/ Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

    Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

    Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur.

    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

    Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi