Yuxarı
    Bağlamaq

    Növbəti tədris ilində magistratura təhsili AMEA-nın 15 institutunda təşkil olunacaq

    Dilçilik İnstitutunun magistrantları növbəti semestrdə təhsillərini davam etdirmək üçün Türkiyənin Hacettepe Universitetinə ezam ediləcəklər

    Bakı. 23 fevral. REPORT.AZ/ "Növbəti tədris ilində magistratura təhsili AMEA-nın 15 institutunda təşkil olunacaq". "Report"un məlumatına görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə akademiyanın ilk magistrantları ilə görüşündə deyib.

    O xatırladıb ki, 2015/2016-cı tədris ili üçün 7 institutda 9 ixtisas üzrə magistraturaya qəbul keçirilib.

    Görüşdə çıxış edən AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov çıxış edərək 2015/2016-cı tədris ilinin qış sessiyasının yekunlarına dair məlumat verib: "Ötən il AMEA-ya qəbul olan 19 nəfər magistrantdan biri hazırda hərbi xidmətdədir. Onlardan 14 nəfəri qış sessiyasını əlaçı olaraq başa vurub".

    Əminağa Sadıqov bildirib ki, bütün magistrantlar təhsil aldıqları institutlarda işə götürülüb və onlara ixtisas dərsləri laboratoriya şəraitində tədris edilir. Alim qeyd edib ki, Dilçilik İnstitutunun magistrantları növbəti semestrdə təhsillərini davam etdirmək üçün Türkiyənin Hacettepe Universitetinə ezam ediləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi