Yuxarı
    Bağlamaq

    Növbəti illərdə abituriyentlərin sual kitabçalarını özləri ilə aparmalarına icazə verilməyəcək

    TQDK sədri: Gələcəkdə hər bir auditoriyada 24 şagird imtahan verəcəksə, 24 variantda kitabça çap edə biləcəyik

    Bakı. 1 iyun. REPORT.AZ/ "Bu ildən başlayaraq abituriyentlərə təqdim ediləcək bütün sual kitabçaları unikal olacaq. Hər sual kitabçasının üzərində abituriyentin adı və soyadı yazılacaq. Yenilik odur ki, hər kitabçanın səhifəsində abituriyentin barkodu da qeyd olunub". "Report" xəbər verir ki, bunu TQDK-nın sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, builki kitabçalar yalnız 4 variantdadır: “Çünki texnologiyanın tətbiqi təzə istifadə edilir. Gələcəkdə hər bir auditoriyada 24 şagird imtahan verəcəksə, 24 variantda kitabça çap edə biləcəyik. Yeni kitabçada hər abituriyentin seçiminə uyğun dil seçimi var. Əvvəl isə bu, ayrı kitabça formasında idi. Bu texnologiya bizə gələcəkdə yeni növ imtahanların keçirilməsinə şərait yaradacaq".

    TQDK sədri bildirib ki, belə növ imtahanlarda təkcə cavab kartları yığılmayacaq, eyni zamanda sual kitabçaları da yığılacaq: "Sual kitabçalarının abituriyentlərə paylanılması prosesi hələ də davam edir. Çünki onlar sualların cavablarını seçmə yolu ilə aparıb cavab kartlarında bunu qeyd edirlər. Lakin yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunub və bununla da yeni növ imtahanların bünövrəsi qoyulub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi