Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası əsaslı surətdə yenidən qurulub

Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası əsaslı surətdə yenidən qurulub Prezident İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Elm və təhsil
5 Sentyabr , 2017 12:12
Nizami rayonundakı 201 saylı tam orta məktəbin binası əsaslı surətdə yenidən qurulub
Azertag.az

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər.

"Report"un xəbərinə görə, sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cu ildən, ikincisi isə 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.

Təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.

Son xəbərlər

Orphus sistemi