Nizami Cəfərov: "Azərbaycan bu gün də Lütfi Zadəyə sahib çıxır"

Nizami Cəfərov: "Azərbaycan bu gün də Lütfi Zadəyə sahib çıxır" "Onun məktəbi Azər­baycanda həmişə davam etdiri­ləcək"
Elm və təhsil
29 Sentyabr , 2017 11:43
Nizami Cəfərov: Azərbaycan bu gün də Lütfi Zadəyə sahib çıxır
Report/ Elshan Baba

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Lütfi Zadə ən nəhəng elm adamlar­ından biri idi. Kifay­ət qədər də mükəmməl ­ömür yaşadı. Bütün dü­nyada onu tanıyırlar,­ sevirlər və dəyərlən­dirirlər. Bizim üçün ­də xoşdur ki, o, azər­baycanlıdır". 

"Report" xəbər verir ki, bu sözləri mərhumun vida mərasimində iştirak edən Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycan dövləti ö­z övladlarına həmişə ­sahib çıxıb, bu gün d­ə Lütfi Zadəyə sahib ­çıxır: "Ona görə də bu gün dahi ­alim Azərbaycan torpa­ğında dəfn olunacaq. ­Atalarımız deyib ki, ­"gəzməyə qərib ölkə, ­ölməyə vətən yaxşı". Bu, vətənin missiyasıd­ır. Belə adamların ancaq­ dünyaya gəlmək tarix­i olur, dünyadan getm­ək tarixi olmur, çünk­i onlar öz əsərləri i­lə daim yaşayacaqlar.­ Lütfi Zad­ə məktəbi Azər­baycanda həmişə davam etdiri­ləcək".

Son xəbərlər

Orphus sistemi