Yuxarı

Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü görüb

​Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü gördü

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum”) kitabı Kiyevdə işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələr izah və şərhlərlə verilib.

Şairin həyat və yaradıcılığını əks etdirən «У пошуку живих імен» (“Canlı adlar axtarışında”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Ukraynanın nüfuzlu «Саміт-Книга» nəşriyyatı tərəfindən çap olunmuş kitab böyük Nəsimi poeziyasının ukraynalı oxucularla ilk görüşüdür. Şeirləri orijinaldan Ukrayna dilinə tanınmış yerli şairlər – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.

Tərtib müəllifləri isə Dmitri Çistyak və Püstə Axundovadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi