Neftçi-alim Əhəd Yaqubovun 110 illik yubileyi qeyd olunacaq

Neftçi-alim Əhəd Yaqubovun 110 illik yubileyi qeyd olunacaq Bakı. 7 fevral. REPORT.AZ/ AMEA Hüseyn Cavidin Ev Muzeyinin strukturunda qismən dəyişiklik edilib.
Elm və təhsil
7 Fevral , 2018 17:27
Neftçi-alim Əhəd Yaqubovun 110 illik yubileyi qeyd olunacaq
Report

Bakı. 7 fevral. REPORT.AZ/ AMEA Hüseyn Cavidin Ev Muzeyinin strukturunda qismən dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Bundan başqa, iclasda AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinin keçirilməsi qərara alınıb.

Rəyasət Heyəti eyni zamanda iclasda görkəmli neftçi-alim, akademik Əhəd Yaqubovun palçıq vulkanizmi sahəsində xidmətlərini nəzərə alaraq, anadan olmasının 110 illiyi ilə əlaqədar yubileyinin qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılması və alimin yubileyinə həsr olunan iclasın keçirilməsi, əsərlərinin biblioqrafiyasının nəşri haqqında tapşırıq verib.

Həmçinin AMEA Yer Elmləri Bölməsinə tanınmış alim, akademik Budaq Budaqovun coğrafiya sahəsində xidmətlərini nəzərə alaraq, anadan olmasının 90 illik yubileyi ilə əlaqədar bir sıra işlərin görülməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi