Yuxarı

Nəbatinin anadilli divanının surəti əldə edilib

Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməyən bir sıra şeirləri var

Bakı. 10 mart. REPORT.AZ/ XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surəti əldə edilib. Bu barədə "Report"a divanı əldə edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov məlumat verib. 

Onun sözlərinə görə, cəmi 287 səhifədən ibarət olan Nəbati divanının Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb. 

Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməyən bir sıra şeirləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi