Yuxarı
    Bağlamaq

    Nazirlik rəsmisi: "Güzəştlər üç və ya daha çox akademik borcu olan tələbələrə şamil edilməyəcək"

    “Bu gün ali təhsil müəssisələrini bitirənlərin təxminən 6 faizinin bir və ya iki akademik borcu var© Report.az

    Bakı. 16 iyun. REPORT.AZ/ “Bu gün ali təhsil müəssisələrini bitirənlərin təxminən 6 faizinin bir və ya iki akademik borcu var. Onların ləğvi üçün bu gün nazirlikdə universitet prorektorları ilə görüş olacaq. Onlara tapşırıqlar veriləcək. Tələbələrə hər fəndən bir dəfə şans veriləcək”. 

    “Report” xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına edilən dəyişikliklə bağlı keçirdiyi brifinqdə deyib. 

    Onun sözlərinə görə, güzəştlər üç və ya daha çox akademik borcu olanlara şamil edilməyəcək: “İyulun 5-nə universitetlərdə imtahan sessiyaları davam edir: “Akademik borcları olan tələbələrə bunu ləğv etmələri üçün imkan yaradılacaq. Borcları olan məzun oğlan tələbələri isə yalnız imtahan verərək ordu sıralarına gedə biləcəklər”. 

    Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, yaxın günlərdə bu dəyişikliklər əmr formasına salınacaq: "İmtahanları verdikləri halda həmin tələbələr yay məktəblərində iştirak etməyəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi