Nazir: "Təhsilalanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır"

Nazir: "Təhsilalanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır" "Gələcəkdə müəllimlik peşəsinin inkişafı ilə bağlı görülməli işlər çoxdur"
Elm və təhsil
27 Oktyabr , 2017 15:51
Nazir: Təhsilalanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır
Təhsil naziri Mikayıl Cabbarov / Report/ Elshan Baba

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Gələcəkdə müəllimlik peşəsinin inkişafı ilə bağlı görülməli işlər çoxdur. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, davamlı inkişaf, keyfiyyətlə bağlı hesabatlılıq, təkmilləşmə üçün yeni həllər, ən başlıcası pedaqoqlar üçün üzərilərində işləməyə əlavə stimul verəcək".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsilalanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır: "Bu ildən bütün ölkəni əhatə edən təmayülləşmə buna xidmət edir. Təmayülləşmə yeni yanaşmaların, fərqli öyrənmə mühitinin bərqərar olması, pedaqoji prosesin şagirdlərin meyl və maraqlarına uyğun olması üçün müəllimlərə əlverişli imkan yaradır. Bu imkanı real nəticələrə çevirmək üçün müəllimlərin üzərinə iş düşür. Eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanan vətəndaş tərbiyəsi fəaliyyətin əsas istiqaməti olmalıdır".

Nazir bildirib ki, bölgələrdə yaxşı təlimçi bazasının yaradılması, yerli təhsil qurumlarının bu işdə aktiv fəaliyyətinin təmin edilməsi, distant ixtisasartırma proqramlarının hazırlanması, reiltorluq institutunun yaradılması, internatura proqramlarının işlənməsi xüsusi əhəmiyyət kəsb edir. 

Son xəbərlər

Orphus sistemi