Nazir: "Növbəti 5 ildə şagirdlərin sayı 30% artacaq"

Nazir: "Növbəti 5 ildə şagirdlərin sayı 30% artacaq" Son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur
Elm və təhsil
5 May , 2016 10:55
Nazir: Növbəti 5 ildə şagirdlərin sayı 30% artacaq

Bakı. 5 may. REPORT.AZ/ "Növbəti 5 ildə Azərbaycan məktəblərində təhsil alan şagirdlərin sayının 30% artacağı gözlənilir. Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri edir".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkədə yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur: "Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 min olmuşdusa, 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox, 2016-cı ildə isə 165 mindən çox olacağı proqnozlaşdırılır".

M.Cabbarov onu da qeyd edib ki, bu gün ölkədə ilk peşə ixtisası təhsilinin əhəmiyyəti daha da artır: "Bir sıra beynəlxalq və yerli təşkilatlarla memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məzunların işlə təminatına dəstəyin verilməsinə, eləcə də kurikulumların hazırlanması işlərinə başlanıb.

Bununla yanaşı, Təhsil Nazirliyi peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çıxış edib. Bu günlərdə dövlət başçısı Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Yeni qurum ölkədə ilk peşə-ixtisası təhsili sahəsində yeni idarəetmə modelinin hazırlanmasına, peşə hazırlığının səmərəliliyin artırılmasına, rəqabət qabiliyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhvəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq".

Son xəbərlər

Orphus sistemi