Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Məktəb direktorları tərbiyə məsələsinə diqqət etmirlər"

    Məktəblərdə nə qədər çətin tərbiyə olunan, zərərli vərdişlərə meyilli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmirlər

    Bakı. 5 dekabr. REPORT.AZ/ "Çox vaxt məktəb direktorları yalnız tədrisdən söhbət aparırlar. Ancaq tərbiyə məsələsinə gəlincə buna diqqət etmirlər. Biz onlardan rəhbərlik etdikləri məktəblərdə nə qədər zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda zərərli vərdişlərə meyilli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmirlər". "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidir: "Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda, sağlamlıqları zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur.

    Direktorlardan soruşsaq ki, rəhbərlik etdiyiniz təhsil müəssisələrində nə qədər zəif təhsil alan şagird var bunu bilməyəcəklər. Lakin direktorlar bunu əzbər bilməlidir. Uşaqlar təhsildə formalaşırlar. Çünki günlərinin çox hissəsini təhsil ocaqlarında keçirirlər. Buna görə də onların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi