Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı yeni dövlət proqramı baxılma mərhələsindədir"

    Qarşıdakı 2 il ərzində əvvəlki dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq© Report.az

    Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı növbəti dövlət proqramı üçün bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma prosedurları həyata keçirilir".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

    "Hazırda yeni dövlət proqramı baxılma mərhələsindədir", - nazir müavini əlavə edib.

    O qeyd edib ki, qarşıdakı 2 il ərzində əvvəlki dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi