Nazir müavini: "Bakıda 18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub"

Nazir müavini: "Bakıda 18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub" 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib
Elm və təhsil
12 Sentyabr , 2018 16:52
Nazir müavini: Bakıda 18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub
BŞTİ müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb: "Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub".

M.Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi