Nazir müavini: "Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir"

Nazir müavini: "Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir" Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir.
Elm və təhsil
11 Sentyabr , 2018 11:04
Nazir müavini: Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva / Report
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir". 

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakıda keçirilən "Gələcəyin enerjisi, çağırışlar və imkanlar" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, universitet və orta məktəblər arasında olan münasibətlər təhsilin keyfiyyəti üçün çox vacibdir: "Hər universitet orta məktəblərdə şagirdlərə özü haqqında geniş məlumat verməlidir ki, şagirdlər seçim edəndə məqsədli olsunlar, təxminən deyil, sevərək ixtisas və universitet seçsinlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu istiqamətdə daimi işlər görür, orta məktəblərdə universitet haqqında geniş məlumat verir".

M.Vəliyeva qeyd edib ki, Azərbaycan orta məktəblərdə şagirdlərin vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə ciddi əhəmiyyət verilir: "Vətəndaşlıq mövqeyinin möhkəmlənməsi şagirdlərimiz üçün çox vacibdir".

Son xəbərlər

Orphus sistemi