Nazir: "Ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq"

Nazir: "Ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq" "Xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq"
Elm və təhsil
2 Dekabr , 2016 11:48
Nazir: Ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ "Yalnız xarici və yaxud kənar akkreditasiyada deyil, həm də daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda akkreditasiyanın vacib olmasının bir neçə mühüm səbəbi var: "Ən əsas səbəb ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri də liberallaşmanın davam etdirilməsidir. Bununla da ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması təmin olunacaq".

M.Cabbarov xatırladıb ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb: "Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartlar və təlimatlara uyğunlaşdırılıb. Xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə və strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti və təlim resursları, tələbələrə dəstək xidmətləri daxildir".

Son xəbərlər

Orphus sistemi