Yuxarı

Naxçıvanın adları "Qızıl kitab"a yazılmış gənc istedadlarının aylıq təqaüdünün məbləği artırılıb

Naxçıvanın adları "Qızıl kitab"a yazılmış gənc istedadlarının aylıq təqaüdünün məbləği artırılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 30 manat artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı sərəncamı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncama əsasən muxtar respublikanın “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 150 manat müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi