​Naxçıvandakı orta məktəblərdə kompüterlərin 85,6 faizi internetə qoşulub

​Naxçıvandakı orta məktəblərdə kompüterlərin 85,6 faizi internetə qoşulub Son 20 ildə MR-də 4 məktəbdənkənar müəssisə və 26 uşaq musiqi məktəbi tikilib və ya yenidən qurulub
Elm və təhsil
19 Dekabr , 2015 09:46
​Naxçıvandakı orta məktəblərdə kompüterlərin 85,6 faizi internetə qoşulub

Bakı. 19 dekabr. REPORT.AZ/ Son 20 ildə Naxçıvan Muxtar Respublikasında (MR) 19 məktəbəqədər təhsil müəssisəsi, 176 ümumtəhsil müəssisəsi tikilib və ya yenidən qurulub.

"Report" xəbər verir ki, bu barədə məlumatı MR-in Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumatda göstərilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 1 yanvar 1996-cı il tarixdə 1 dəst kompüterdən 75 şagird istifadə edibsə, hazırda hər 12 şagird bir dəst kompüterlə təmin olunub.

Ümumtəhsil məktəblərində istifadədə olan 3 801 dəst kompüterin 3 253-ü və ya 85,6 faizi internetə qoşulub.

Məlumatda qeyd olunub ki, 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirən 3 512 məzundan 401, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərini bitirən 3 331 məzundan 1 582-si tələbə adını qazanıb.

Ötən dövr ərzində muxtar respublikada 14 məktəbdənkənar müəssisə və 26 uşaq musiqi məktəbi tikilib və ya yenidən qurulub. 

Son xəbərlər

Orphus sistemi