Yuxarı

Naxçıvanda alimlər ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar

Naxçıvanda alimlər ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar
Alim elmi dərəcəsi ilə yox, elmə gətirdiyi yenilik, elmə verdiyi fayda ilə tanınmalıdır

Bakı 15 dekabr. REPORT.AZ/ "Bu ildən Naxçıvan Muxtar Respublikası rəhbərliyinin tapşırığı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi əməkdaşları akademiyanın elektron informasiya mərkəzindən muxtar respublikanın ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Bölmənin illik hesabatında deyib.

O bildirib ki, söhbət alim nümunəsindən gedir: "Alim elmi dərəcəsi ilə yox, elmə gətirdiyi yenilik, elmə verdiyi fayda ilə tanınmalı, interaktiv dərslərdə əldə olunan elmi nailiyyətlər, elmi fəaliyyət bir nümunə gücündə göstərilməlidir. Bu gün elmi-tədqiqat müəssisələrində çalışanlar hər cəhətdən nümunəvi olmağı bacarmalı, öz işgüzarlığı ilə hörmət qazanmalı, əsl ziyalı mövqeyi tutmalı, ictimai fikrə fəal təsir gücünə malik olmalıdırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin qarşısında qoyduğu vəzifələr yeni ildə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. 2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi