Yuxarı

​Naxçıvan Əlyazmalar Fondunda 300-ə yaxın əlyazma toplanılıb

Onlardan 150-si kataloqlaşdırılıb

Bakı. 15 fevral. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda 300-ə yaxın əlyazma toplanılıb.

"Report"un məlumatına görə, toplanılan əlyazmalar arasında Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktublar var.

Naxçıvanın minlliklərindən xəbər verən 150-yə yaxın əlyazmanın ilkin kataloqlaşdırılması işi başa çatdırılıb. 100-dən artıq bütöv olmayan əlyazma isə tam bərpa olunduqdan sonra kataloqlaşdırılacaq.

Hazırlanan kataloqda regionla bağlı əlyazmaların müəllifi, mövzuları, eyni zamanda çap tarixi, nəşr olunduğu yer, habelə əlyazmanın şəkli, kağız materialları, səhifə həcmi, bir sözlə bütün kataloq məlumatlar öz əksini tapacaq.

Ümumiyyətlə, Fonda müxtəlif mənbələrdən 80-dən çox naxçıvanlı alim, şair və sənətkarlar, eləcə də 33 fars dilində yazmış region şairi (16 Ordubad, 4 Naxçıvan və 13 İrəvan) haqqında məlumat və onların bəzi əsərləri toplanılıb və ilkin tədqiqata cəlb edilib.

Aparılan elmi araşdirmalar nəticəsində naxçıvanlı alim, şair, sənətkarlar və onların əsərləri haqqında mənbələrdən əldə edilən ilkin məlumatlar əsasında biblioqrafik cədvəl hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi