Yuxarı

Nardaran Bilik evində Əziz Əliyevin120 illik yubileyi ilə bağlı tədbir keçirilib

Nardaran Bilik evində Əziz Əliyevin120 illik yubileyi ilə bağlı tədbir keçirilib
Professorun həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub
© Bilik Fondu

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik evində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib.

Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Nardaran, Bilgəh, Maştağa qəsəbə xəstəxanalarının baş həkimləri və tibbi personalı, yerli ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri millət vəkili, Nardaran Bilik evinin direktoru Dilarə xanım Cəbrayılova açaraq Əziz Əliyevin fəaliyyətindən danışıb. Qeyd edib ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışdığı müddətdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibbi təhsilin formalaşmasına layiqli töhfələr verib.

Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində, respublika səhiyyə sisteminin və tibbi təhsilin formalaşdırılmasında gördüyü işlərdən ətraflı bəhs edib. Natiq Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında Əziz Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Teymur Qafarov çıxış edərək Əziz Əliyevin həyatından və fəaliyyətindən geniş danışıb. O bildirib ki, professorun həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməyib. Qeyd olunub ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi