Yuxarı
    Bağlamaq

    Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatlar başa çatıb

    Goranboyda 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb

    Bakı. 12 oktyabr. REPORT.AZ/ AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb.

    AMEA-dan "Report"a verilən məlumata görə, tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. 

    Ekspedisiya, həmçinin Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. 

    Nekropol 2007-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolda bu il dörd qəbirdə arxeoloji tədqiqatlar aparılıb.

    Ekspedisiya, həmçinin Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki Qaraçinar çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi