ABŞ rəsmisi: "Azərbaycan təhsilinin inkişafında maraqlıyıq"

ABŞ rəsmisi: "Azərbaycan təhsilinin inkişafında maraqlıyıq" Bakı. 20 dekabr. REPORT.AZ/ 2017-ci ildə ABŞ-da 1,1 mln. xarici tələbə təhsil alıb.
Elm və təhsil
20 Dekabr , 2018 11:06
ABŞ rəsmisi: Azərbaycan təhsilinin inkişafında maraqlıyıq
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill / Report / Elchin Agayev

Bakı. 20 dekabr. REPORT.AZ/ "2017-ci ildə ABŞ-da 1,1 mln. xarici tələbə təhsil alıb". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill bildirib. 

"ABŞ Azərbaycan təhsilinin inkişafında maraqlıdır" deyən U.Gill ölkəsinin insan kapitalına verdiyi töhfədən də danışıb: "İkinci dünya müharibəsindən qayıdan şəxsləri pulsuz təhsilə yönəldirdik. Artıq 1956-cı ildə 6 mln. insan bu imkandan yararlanmışdı. Onların da 2 mln.u ali təhsil almışdı. Bu tarixdə ABŞ-ın insan kapitalına verdiyi ən böyük töhvələrdən biri hesab edilir".

Son xəbərlər

Orphus sistemi