Multikulturalizm Mərkəzində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”inin təqdimatı olub

Multikulturalizm Mərkəzində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”inin təqdimatı olub Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalə yer alıb
Elm və təhsil
21 Aprel , 2017 16:12
Multikulturalizm Mərkəzində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”inin təqdimatı olub

Bakı. 21 aprel. REPORT.AZ/ Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “İslam Həmrəyliyi ili” çərçivəsində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət” kitabının təqdimatı keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açıb.

O, təqdim edilən ensiklopedik lüğəti keçmişlə günümüzü birləşdirən körpü kimi səciyyələndirib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan oxucusuna təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”ində kəlam, fəlsəfə, hədis, təfsir və digər islami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilib. Əsərin işlənməsində mötədillik prinsipi əsas götürülüb, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməyib. Bütün anlayışlar haqqında qısa, konkret və obyektiv məlumat verilib.

Sonda ensiklopedik lüğətin tərtibçiləri-fəlsəfə elmləri doktoru Aydın Əlizadə və fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov çıxış edərək kitabın İslam elmləri haqqında ümumi təsəvvürün formalaşması üçün geniş məlumat vasitəsi kimi nəzərdə tutulduğunu diqqətə çatdırıblar: “Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalə yer alıb. Məqalələrdə tarixi hadisələr həm hicri, həm də miladi təqvimlərlə göstərilib. Təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğət”i indiyə qədər işıq üzü görmüş bu tipli nəşrlərlə müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir”.

Son xəbərlər

Orphus sistemi