Yuxarı
    Bağlamaq

    Bakı Beynəxalq ​Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirir

    Məqsəd universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi vəziyyətini öyrənməkdir

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı Beynəxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənninin universitetlərdə tədrisi vəziyyətini öyrənmək məqsədilə Kooperasiya Universitetində, Qərb Universitetində və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında monitorinq keçirib.

    Mərkəzdən "Report"a verilən məlumata görə, Azərbaycan Multikulturalizmi fənnini Kooperasiya Universitetində Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Rauf Hacı və Multikulturalizm Mərkəzinin əməkdaşı Taleh Əhmədov həyata keçirib. Ekspertiza və texnologiya fakültəsində 50 tələbəyə tədris olunan Multikulturalizmə giriş fənninin bu dəfəki mühazirəsi “Dünya ölkələrində Multikulturalizmin fərqli modelləri” mövzusuna həsr edilib.

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan multikulturalizmi fənninin monitorinqi Multikulturalizm Mərkəzinin Analitika-informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu aparıb. Akademiyada bu fənni Cahangir Cahangirli tədris edir. Nəriman Qasımoğlu Qərb Universitetində də monitorinq keçirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi