Yuxarı
    Bağlamaq

    Müəllimlərin işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb

    Bakı. 29 iyun. REPORT.AZ/ “Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi iyulun 16-da başlayıb avqustun 2-dək başa çatmalıdır".

    “Report” xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

    O qeyd edib ki, imtahanlarda namizədlər 90 dəqiqə ərzində 60 suala cavab verməlidirlər: “Üçüncü mərhələdə yerləşdirmə aparılacaq. Bundan sonra isə dördüncü yəni müsahibə mərhələsi olacaq”.

    M.Camalzadə bildirib ki, imtahanlarda açıq tipli sualların salınması nəzərdə tutulmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi